Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu tarixdə imzalana bilər - AÇIQLAMA

12 Oktyabr 2021 | 12:43
OXUNUB: 2378
Bu gün Ermənistanın Baş naziri Paşinyan Moskvada Rusiya prezidenti Putinlə görüşəcək. Bu istiqamətdə isə, fərqli fikirlər səsləndirilir. Onlardan biri də budur ki, görüşün gündəmində Azərbaycanla sülh sazişinə hazırlıq məsələsi əsas maddələrdən biri ola bilər.
 
Maraqlıdır, 10 noyabr tarixinə qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi? 

Bununla bağlı Sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli qeyd edib ki, Paşinyanın Rusiyaya səfəri bölgədə yaranmış vəziyyətlə əlaqədardır:

"Regionda hazırkı vəziyyətin ortaya çıxmasında digər ünsürlər, o cümlədən İran vacib rol oynayıb. Rəsmi açıqlamada da iki əsas məsələ qeyd olunub. Birincisi, növbəti dəfə tərəflər 10 noyabr və 11 yanvar razılaşmalarındakı öhdəliklərinə sadiq qaldıqlarını nümayiş etdirməlidir. Buna Ermənistan tərəfinin əməl etmədiyini düşünürəm. Nəticədə Azərbaycan Ermənistana bu məsələlərlə bağlı basqısını davam etdirir. Görürsünüz, hələ də Qarabağda qalan ermənilərlə bağlı müəyyən problemlər yaşanır, qondarma rejim "müstəqillik günü”, seçkilər keçirir və s. Bu isə, Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Həm də bölgələrdə vaxtaşırı atəşkəsin pozulma halları baş verir. 

Bizim gözləntimiz nədən ibarətdir? Erməni separatçıları Qarabağ bölgəsini tərk etsin, sərhədlər müəyyənləşsin – demarkasiya bitsin, Zəngəzur dəhlizi açılsın, eyni zamanda sülh müqaviləsi bağlansın. Amma bu proseslər gecikdikcə, hesab edirik ki,  Ermənistan tərəfi də prosesləri mürəkkəbləşdirməkdə Rusiyanın  maraqlarına toxunur. Çünki onlar kommunikasiyaların bərpa edilməsi ilə bağlı götürdükləri öhdəliklər və birbaşa 10 noyabr razılaşmasının əsas sığortaçısı kimi Rusiyanın nüfuzunu ciddi zərbə altında qoyurlar. Nəticədə digər ölkələr – ABŞ, İran, Avropa da daxil olmaqla, regional təsir imkanları əldə edirlər”.

Müsahibimizin sözlərinə görə, Putin müzakirələrin aparılması, öhdəliklərə sadiqliyi növbəti dəfə test etmək, daha ciddi addımların atılması üçün Paşinyanı Moskvaya dəvət edib:

"Amma düşünmürəm ki, bu görüş sülh müqaviləsinə hazırlıq deməkdir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ən kritik nöqtədir. Bu o zaman baş verəcək ki, Əliyevlə Paşinyan birlikdə Moskvaya səfər edəcəklər. Müqavilə də Moskvada bağlanacaq, çünki bu, birbaşa Rusiyanın öhdəliyində olan məsələdir. Əgər Əliyev bu səfərdə yoxdursa, deməli hələ də müqavilənin imzalanma məsələsi gündəmdə deyil. Əsas vacib nüans hazırda ortaya çıxan problemlərin həllinə dairdir. Əliyev və Paşinyan birlikdə yəqin ki, ilin sonuna doğru Moskvaya dəvət olunsa, sülh müqaviləsi ilə bağlı danışa bilərik. Güman ki, bunu yanvarın 11-nə düşünə bilərik”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man