Sentyabrın 28-də Qazax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "Mitsubishi" markalı avtomobil "Opel" markalı avtomobillə toqquşub.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. "Opel" markalı avtomobilin sürücüsü isə Qazax Rayon Polis Şöbəsinin sahə rəisi vəzifəsində çalışan, polis baş leytenantı İmran Göyüşov olub. Onun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə dair məlumatlar yayılıb.
Məsələ ilə bağlı İ.Göyüşov Unikal.org-a açıqlama verib:
"Bəli, mənim həqiqətən də, sürücülük vəsiqəm yoxdur. Qəzanın necə baş verməsi məsələsinə gəlincə isə, onlar mənim maşınımı vurublar. Qəzaya səbəb qarşı tərəf olsa da, mənim barəmdə şayiə yayırlar ki, guya qəzanı mən törətmişəm. Hazırda faktla bağlı araşdırma aparılır".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man