Vilayət Eyvazov DİN-in şöbə rəisini təqaüdə göndərdi

İctimai nəqliyyat 05 Oktyabr 2021 | 14:33
OXUNUB: 747

Daxili işlər orqanlarında kadr islahatı olub. 

Avtosfer.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı nazir, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, polkovnik A.Adıgözəlov ölkədə uşaqların sosial və hüquqi müdafiəsinin təşkili, bəzi qanunvericilik aktlarının yenilənməsinin, eləcə də yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin təşkili ilə bağlı bir sıra layihələrin ideya müəllifi və təşkilatçısı olub.

O, xidməti illərində dünya ölkələrinin uşaq müdafiəsi sahəsində tətbiq etdiyi beynəlxalq normaların və praktikanın Azərbaycana gətirilməsində, ölkədə uşaqların təhlükəsizliyini və müdafiəsini təşkil edən ən önəmli sistemlərin tətbiqində mühüm rol oynayıb. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man