"WhatsApp"dan daha bir YENİLİK

Yeniliklər 04 Oktyabr 2021 | 20:38
OXUNUB: 671

"WhatsApp" mesajlaşma proqramı, səsli qeyd xüsusiyyətini yaxşılaşdırmaq üçün yeni bir yeniləmə hazırlayır.

Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hazırda "WhatsApp"da səsli mesajları dinləmək üçün söhbət pəncərəsini açıq saxlamaq lazımdır. Söhbətdən çıxan kimi mesajı dinləmək mümkün olmur. Səs kəsilir.

"Telegram" bu problemi həll etmişdi. "WhatsApp" da bunu həll etməkdə qərarlı görünür.

"WaBetaInfo" tərəfindən kəşf edilən bu yeniliyə görə, IOS üçün beta versiyasında yeni bir şey sınanır. Yeni tətbiqdə səsli mesajı dinləməyə başladığınız zaman başqa bir söhbət pəncərəsinə keçsəniz də mesajı dinləməyə davam edə bilərsiniz. Söhbətdən çıxdığınız zaman səsli mesaj üst sahəyə sabitlənəcək. Bu arada digər mesajlara da cavab verə biləcəksiniz. Üst sahədə mesaj üçün fasilə və oynatma düymələri, həmçinin səsli mesaj göndərən istifadəçinin profil şəkli və adı olacaq.

Bu xüsusiyyət hələ də inkişaf mərhələsindədir. "WhatsApp"ın mövcud iOS və Android versiyalarında hələ mövcud deyil. Bu xüsusiyyətin hər iki platformaya çıxacağı düşünülür.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man