Balakəndəki dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

Nəqliyyat TV 04 Oktyabr 2021 | 15:29
OXUNUB: 11161

Balakəndə baş verən yol nəqliyyat hadisəsinin dəhşətli görüntüləri yayılıb. Avtosfer.az  xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb. Paylaşımda qeyd edilən məlumata görə, hadisə Balakəndə Heydər Əliyev prospektində sentyabrın 11-də baş verib.

Belə ki, prospekti ilə irəliləyən avtomobilinin sürücüsü qəfildən idarəetməni itirərək yolun kənarındakı avtomobillərə çırpılıb və aşıb. Qəza nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib. 

İddia edilir ki, qəza sürücünün səhhətində yaranan problem üzündən baş verib.

***

Sosial şəbəkələrdə Balakəndə avtomobilin hərəkətdə olarkən aşmasını özündə əks etdirən videogörüntülər paylaşılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Balakən şəhəri Heydər Əliyev prospektində hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü, rayon sakini Cavid Həsənov səhhətində yaranan problemlə əlaqədar anidən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, ətrafdakı avtomobillərə ziyan dəyib. Sürücüyə isə ilkin tibbi yardım göstərilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Oxu.Az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man