Biləsuvarda piyadanı vuraraq öldürüb qaçan sürücü tutulub

Nəqliyyat xəbərləri 04 Oktyabr 2021 | 12:59
OXUNUB: 460

Biləsuvarda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb

Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Muğan bürosuna DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-də axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunda müəyyən edilməmiş atomobillə Biləsuvar şəhər sakini Alim Hüseynov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı mikroavtobusun sürücüsü, Biləsuvar şəhər sakini Samir Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man