Məhəmməd peyğəmbərin karikaturalarının müəllifi maşında yanaraq kül oldu - FOTO

Maraqlı 04 Oktyabr 2021 | 10:49
OXUNUB: 625

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən isveçli rəssam Lars Vilks maşınında yanaraq kül olub. Avtosfer.az xəbər verir ki, Vilks və onun iki polis mühafizəçisinin olduğu avtomobil bazar günü İsveçin cənubunda Krunoberq əyalətinin Markarid kəndi yaxınlığındakı E4 magistralında yük maşını ilə toqquşub. Toqquşma zamanı zərbənin gücündən hər iki avtomobil alışaraq yanıb. 75 yaşlı Vilkslə yanaşı onun mühafizəçiləri də ölüb, yük avtomobilinin sürücüsü isə ciddi xəsarət alıb.

Qeyd edək ki, Vilks Məhəmməd peyğəmbərin it cismində təsvir olunan eskizinin müəllifidir. 2007-ci ildə həmin eskiz İsveçin “Nerikes Allehanda” qəzetində dərc edilmişdi. Bu fakt həm İsveçdə, həm də bütün dünyada həm müsəlmanların, həm də normal düşüncəli digər dini əqidə sahiblərinin qəzəbinə səbəb olmuşdu. O vaxtdan bəri Vilks polis mühafizəsi altında yaşayırdı.

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man