"Bəzən suallar olur ki, ermənilər milyonlarla, milyardlarla pulu haradan alırlar? Cavabın bir hissəsi belədir: Son 2 ildə erməni mənşəli şəxslərin rəhbərlik etdiyi şirkətlər Ermənistana 2 milyard dollar investisiya yatırıblar”.
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, erməni diasporası Ermənistana, xüsusən də İT və startap sektora böyük yatırımlar edirlər:
"Proqnozlaşdırmaq olar ki, yaxın illərdə onlar bunun bəhrəsini görəcəklər. Bizdə bu istiqamətdə müəyyən addımlar atılsa da, proses olduqca ləng gedir. Atılan addımlar ciddi effekt vermir”.
O.Gündüz qeyd edib ki, Azərbaycanda işləri canlandırmaq, biznes münbitini inkişaf etdirmək, dövlət dəstəyini gücləndirmək lazımdır:
"Biznes sektoru yalnız dövlət sifarişini gözləməməlidir. Əlavə dəyərlər yaradılmalıdır".
Günay Rəsulqızı
Sfera.az