DYP hansı məktəblərin yollarda tıxaca səbəb olduğunu açıqlayıb - SİYAHI

İctimai nəqliyyat 01 Oktyabr 2021 | 13:08
OXUNUB: 720

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən şəhərdə sıxlıq və tıxacların qarşısının alınması məqsədi ilə əvvəlcədən geniş məlumat verməyimizə baxmayaraq müxtəlif şəxslər eyni növ qayda pozuntuları törədirlər”.

Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

DYP rəsmisi qarşısında sıxlıq və tıxacların yarandığı məktəblərin siyahısını açıqlayıb: “Konkert olaraq insident olan Bakıxanov istiqamətində yerləşən 60 nömrəli tam orta məktəb, 28 May küçəsindəki 23 nömrəli tam orta məktəb, Əliyar Əliyev küçəsindəki "Modern Təhsil Kompleksi" və Ziya Bünyadov prospektindəki "İdrak" liseyinin rəhbərliyindən xahiş edirik ki, şagirdlərlə profilaktik danışıqlar aparılsın. Yol bağlanır, narazılıqlar yaranır. Əgər parklama üçün yer yoxdursa, bu, məktəblər tikiləndə nəzərə alınardı. Məktəblər uşaqları tez qəbul etsinlər, avtobuslar təşkil etsinlər. Dövlət məktəblərində də valideynlər maşınları məktəbin düz qarşısında saxlamasınlar. Müəyyən ərazidə saxlayıb, piyada gəlsinlər. Bu hallar avtomobili yolun ortasında saxlamaq üçün bəhanə olmamalıdır. Polisdən soruşurlar ki, yolda niyə sıxlıq var? Biz də sıxlığı aradan qaldırmalıyıq. 60 il bundan qabaq həmin məktəbi yolun kənarında tikiblər. Camaat gəlib orada da yolun ortasında maşınlarını saxlayır. Bu da bizim üçün səbəb deyil, bəhanədir. Əziyyət çəkib maşınları kənar hissələrdə saxlayaraq məktəblərə piyada gəlsinlər. İnsanlarda ictimai məsuliyyət hissi olmalıdır.

Mütəmadi olaraq hərəkəti iflic edən bu cü məktəb və univeristetlərin adını ictimailəşdirəcəyik ki, bu problemin mahiyyətini insanlar görsün”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man