Bakıda "BMW" ilə "avtoşluq" edən sürücü həbs olundu - FOTO - VİDEO

Nəqliyyat TV 30 Sentyabr 2021 | 17:47
OXUNUB: 3788

Ötən gün sosial şəbəkələrdə bir sürücünün paytaxtın Nərimanov rayonu Həsən Əliyev və Koroğlu Rəhimov küçələrinin kəsişməsində idarə etdiyi “BMW” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib. Məlum olub ki, hadisə paytaxt sakini Asif Niftəli tərəfindən törədilib. O,  yol polisləri tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Asif Niftəlinin etdiyi əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material Nərimanov Rayon Məhkəməsinə göndərilib. Avtoxuliqanlıq edən sürücü məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib və onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.


 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man