“Azərbaycan Dəmir Yolları” QSC-nin monitorinq qrupları tərəfindən yeni tədris ilinin başlaması ilə bağlı müşahidələr aparılır”.
Bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.
Bildirilib ki, Bakı-Sumqayıt qatarlarında sərnişin sıxlığı artarsa, onun aradan qaldırılması istiqamətində tədbirlər görüləcək:
“Tədris ili yeni başlayıb. Hazırda monitorinq qrupları tərəfindən müşahidələr aparılır”.
Qeyd edək ki, sentyabrın 29-dan etibarən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb.
Xatırladaq ki, Bakı-Sumqayıt qatarları gün ərzində 12 dəfə hərəkət edir. Oktyabrın 1-dən Bakı-Sumqayıt-Bakı sərnişin qatarlarının hərəkəti tam bərpa olunaraq, şənbə və bazar günləri də işləyəcək. ADY şənbə, bazar və digər qeyri-iş günləri üçün yeni hərəkət cədvəlini açıqlayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man