Füzulidə sürücü avtomobil ilə qadını vurub qaçdı

Yol qəzaları 30 Sentyabr 2021 | 13:26
OXUNUB: 721

Füzuli rayonunda yol qəzası olub.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da saat 19 radələrində rayonun Horadiz şəhəri ərazisində müəyyən edilməyən avtomobillə şəhər sakini Gülnaz Səfərova vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli Rayon Polis Şöbəsin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Lada Priora” markalı avtomobilin sürücüsü, Horadiz şəhər sakini İ.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man