İsrailin Qalileya bölgəsində magistral yolda minik avtomobili ilə toqquşan sərnişin avtobusu aşıb.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 47 nəfər yaralanıb. Bildirilir ki, ölən şəxslərdən 3-ü uşaqdır. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub.
Xilasetmə işləri davam etdirilir.
Unikal.org
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man