Sürücülərin NƏZƏRİNƏ : Paytaxtın mərkəzi küçələrində sıxlıq var

Nəqliyyat xəbərləri 29 Sentyabr 2021 | 12:11
OXUNUB: 1575

Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, paytaxtın Ağa Nemətulla küçəsi - Əsas yol və Köməkçi yolda (Heydər Əliyev prospekti ilə kəsişmə istiqamətindən başlayaraq Təbriz küçəsi ilə kəsişməyə qədər, eyni zamanda Nəriman Nərimanov metro stansiyasına doğru), 28 May küçəsində (Azadlıq prospekti ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər), Ziya Bünyadov prospekti - Əsas yol (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində), Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində), Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində), Afiyəddin Cəlilov küçəsi - (Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən Cavanşir körpüsünün üzəri istiqamətində) istiqamətində sıxlıq müşahidə edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man