Polkovnik: “İran Naxçıvana uçuşlara qadağa qoymaqla istəyinə nail ola bilməyəcək”

05 Oktyabr 2021 | 21:00
OXUNUB: 2032
"İranın son dövrlərdəki hərəkətləri Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinə münasibətini göstərir”.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, rəsmi Tehranın Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən Azərbaycan təyyarələrinin uçuşuna qadağa qoyması heç bir effekt verməyəcək və İran istəyinə nail olmayacaq:

"Qələbəmizə dostlar sevinir, düşmənlər isə kədərlənir. İranın son hərəkəti də bunun təzahürüdür. Biz Naxçıvan hava yolundan intensiv istifadə etmirik. Alternativ istiqamətlər isə kifayət qədərdir. Bu mənada, Naxçıvandakı qüvvələrin hərbi tədarükü əvvəlki tək davam edəcək və cənub qonşumuzun qadağası bizə təsir etməyəcək”.

Qeyd edək ki, bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.
 
(Report)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man