Bugatti-ni saxlamaq neçəyə başa gəlir? - FOTO

Nəqliyyat xəbərləri 28 Sentyabr 2021 | 20:47
OXUNUB: 1759

Bugatti Chiron Pur Sport avtomobilinə 4 il ərzində nə qədər xərc çıxır?

Sinqapur sakini Bugattinin diller salonuna gedərək qiymətləri araşdırıb. O, Chiron Pur Sport avtomobilini 4 il ərzində benzin, sığorta və vergini hesbalamadan xərclərini açıqlayıb. Bu barədə DriveTribe məlumat yayıb. 

Belə ki, 4 ilə sözügedən avtomobilin xərci təxminən 500 min manat təşkil edib. Bu da Aurus Senat avtomobilindən bir neçə min bahadır.

Qeyd olunur ki, avtomobilin 14 aydan sonra və ya 16 min km yürüşdən sonra texniki baxışa ehtiyacı var. Maşının filtrlə birgə yağını həm də soyuducu mayəni dəyişdirmək lazımdır. Bu 42 min 300 manata başa gələcək.

Bundan əlavə, 6 aydan bir təkərləri dəyişmək lazımdır. Həmçinin əyləc diskləri ilə support və kolodkaları yeniləmək lazımdır.

Bunların hamısı 190 min 361 manat edəcək. 

Üç ildən sonra super avtomobilin dört turbinini, hava kanallarını, yanacaq çənini və ön şüşəni yeniləmək lazımdır. Bu da 258 min 500 manat edəcək. Maşının ancaq ön şüşəsini yeniləmək  101 min manat edir. Bu da yeni Toyota Camry-dən bahadır. 

Qeyd olunru ki, daimi müştərilər üçün 30% endirim var.

Xatırladaq ki, Bugatti Chiron Pur Sport cəmi 60 ədət buraxılıb. Qiyməti 7 milyon manatdır. 1600 at gücü var.///fins.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man