Avropanın əsas neft ölkəsi olan Norveçdə paradoks yaşanır. 5.2 milyonluq ölkədə cari ilin 8 ayında satılan avtomobillərin mütləq əksəriyyəti elektrik mühərrikli olub. Statistikaya görə satışın 60%-ni elektromobil, 32%-ni hibrid (o cümlədədn doldurulabilən hibrid) modellər təşkil edir. Cəmi 8%-i isə ənənəvi dizel və benzin mühərriklər bölüşür. Hesabat dövründə ölkədə 110 864 yeni avtomobil satılıb.
Avropa ölkələri daxili yanma mühərrikini 2035-ci ildə qadağan etnək istəsə də, Norveçdə son müddət 2025 müəyyən edilib. Proqnoza görə gələn ildən ölkədə ənənəvi avtomobillərin satışı üçrəqəmli ədədə düşəcək və dilerlər üçün sərfəli olmayacaq.
Elektromobilə marağın artmasına səbəb təşviqatın güclü olmasıdır. Bu nəqliyyat vasitələrinin alınması üçün kreditin faizi aşağıdır, pulsuz doldurma məntəqələri fəaliyyət göstərir. Şəhər sakinləri üçün ən böyük güzəşt isə elektromobillər üçün parklamanın ödənişsiz olmasıdır.
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man