Bakıda avtobus sürücüsü qapını əlində aparır - YENİLƏNİB + VİDEO

Nəqliyyat TV 28 Sentyabr 2021 | 15:01
OXUNUB: 1783

Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb. Avtosfer.az xəbər verir ki, nəqliyyat vasitəsinin görüntüləri paytaxt küçələrində hərəkətdə olan zaman lentə alınıb.

Sürücü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib. 106 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun qəzaya uğradığı və qaraja yollandığı ehtimal olunur.

Sosial şəbəkələrdə avtobusun qapısını əlində saxlayaraq sükanı idarə edən sürücünün videosu ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) oxu.az-a verilən məlumata görə, sözügedən 106 nömrəli avtobus yol nəqliyyat hadisəsindən sonra bu vəziyyətə düşüb: “Hadisə bu gün saat 10:40 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində qeydə alınıb. Sözügedən küçədə “BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99-RU-659 dövlət nömrə nişanlı avtobusun iştirakı ilə yol nəaliyyat hadisəsi qeydə alınıb. Daşıyıcının verdiyi məlumata görə, yük avtomobili işıqforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsi avtobusun sol ön hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”.

oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man