Şəki yol polisi maarifləndirici tədbir keçirib - FOTO

İctimai nəqliyyat 28 Sentyabr 2021 | 17:00
OXUNUB: 1005

ŞƏKİ DYP "Diqqət uşaqlar!"aylığı ilə bağlı tədbirləri davam etdirir.  Şəki  Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev, sentyabrın 28-də 8 saylı beynəlmiləl tam orta məktəbin 1-ci və 2-ci sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib.

Tədbir mövcud pandemiya qaydalarına uyğun olaraq,açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilib.Tural Niftalıyev şagirdlərə sentyabr ayının 20-dən oktyabr ayının 20-dək respublika ərazisində "Diqqət,uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsi barədə məlumat verib.Daha sonra, polis baş leytenantı   şagirdlərə məktəbin qarşısında yeni quraşdırılmış piyada svetoforunun önündə əyani formada keçid qaydalarını öyrədib,daha geniş məlumatlar əldə etmələri üçün onlara "Piyadanın vəzifələri" qeyd olunmuş maarifləndirici vərəqlər paylayıb.Tədbir diskusiya şəklində keçirilib ,şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sualların cavablandırılmasında aktivlik göstərərək fərqlənən, məktəbin   1 A sinif şagirdi İskəndərli Elman Elnur oğlu Şəki  Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev tərəfindən yol hərəkəti qaydalarının daha rahat və asan şəkildə mənimsənilməsi üçün vəsaitlə mükafatlandırılıb. Tural Niftalıyev, tədbirin keçirilməsində əsas məqsədin uşaq travmatizminin qarşısının alınması olduğunu qeyd edib. Məktəbin direktoru, Almas Əliyeva və tərbiyə işləri üzrə direktor müavini, təşkilatçı Elçin İsmayılov bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, Tural Niftalıyevə minnətdarlıqlarını bildiriblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man