Bakını qarışdıran Kamran Cəbrayılzadə həbs edildi - VİDEO

Nəqliyyat TV 28 Sentyabr 2021 | 11:40
OXUNUB: 480

Bakıda maşınları əzərək polisdən qaçan Kamran Cəbrayılzadənin barəsində həbs qətimkan tədbiri seçilib.

Avtosfer.az  xəbər verir ki, bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, Kamran Cəbrayılzadənin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü K.Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.

Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib.

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man