Yol polisi peyvənd olunmayan sürücülərə xəbərdarlıq etdi - Cəmi 3 gün qaldı

İctimai nəqliyyat 28 Sentyabr 2021 | 10:27
OXUNUB: 11842

Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb edilir.  

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, ölkəmizdə koronavirus pandemiyasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün genişmiqyaslı vaksinasiya prosesinə başlanılıb. 

Lakin aparılan müşahidələr nəticəsində məlum olub ki, görülən tədbirlərin fərqinə varmayan bəzi sürücülər müəyyən edilmiş qaydalara etinasız yanaşır, əhalinin sağlamlığını təhlükə altında qoyaraq peyvənd olunmadan fəaliyyət göstərəcəklərinə ümid bəsləyirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, avtomobil yollarında, eləcə də stasionar postlarda xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən seçmə üsulu ilə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının olub-olmaması yoxlanılacaq və bu tələblərə əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəklər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man