Bakıda marşrut sürücüsündən özbaşınalıq - VİDEO

Nəqliyyat TV 27 Sentyabr 2021 | 09:55
OXUNUB: 8222

Bakıda marşrut avtobusundan istifadə edən fiziki məhdudiyyətli sərnişin və onun nişanlısı  çətinliklə qarşılaşıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, avtobus sürücüsünün etdiyi özbaşınalığı sosial hesabında paylaşan Lətafət adlı sərnişinin müraciətini olduğu kimi təqdim edirik:

"Dünən saat 18:23 radələrində nişanlım Coşqunla (qeyd edim ki, Coşqun fiziki məhdudiyyətli insandır) biz inglabda General Avto Company şirkətinə məxsus "38" nömrəli (99 JU 435 seriyalı) avtobusa daxil olmaq istəyərkən sürücüyə dəfələrlə pandusu açmağını xahiş etsək də, əvvəlcə bizi görməzlikdən gəldi, sonra isə "Pandus açılmır", "Pandus xarabdı", "Onu açmaq mənim işim deyil", "Mən bacarmıram" və ən sonda "Mənə rəhbərlik icazə vermir pandusu açmağa" kimi gülünc və reallıqdan uzaq bəhanələr gətirərək, heç yerindən belə tərpənmədi. Oradakı sərnişinlərin etirazı, təkidi ilə dayanacaqda dayanan konduktor və bir neçə bəy tərəfindən "Xarabdır" deyilən pandus açıldı və biz sonunda avtobusa daxil ola bildik. Üstəlik sürücünün hər kəsin içərisində nişanlıma qarşı "Şikəst" sözünü işlətməsi bizi lap özümüzdən çıxartdı.
Sizcə bu bir BNA əməkdaşına yaraşan və insanlığa sığan davranışdır?!
Biz bilirik ki, bu avtobuslar elə məhz uşaqlı analar, yaşlı nəsil və fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutularaq, dövlətimiz tərəfindən istifadəyə verilmişdir. Ancaq bəzi səriştəsiz sürücülər öz öhtəliklərini bilməyərək, sərnişinlərə qarşı bu cürə hərəkətlər, hörmətsizliklər edir, onları cəmiyyət içərisində sıxışdırır.
Üstəlik bu pandemiya şəraitində maska taxmaq heç kimdən tələb olunmur, pəncərələr bağlı və havalandırma sistemi sönülü şəkildə hərəkət edir, sərnişinlər avtobuslarda əziyyət çəkirlər.

Onu da qeyd edim ki, 38 nömrəli avtubusun sürücüsü ilə yanaşı, həm də 46 nömrəli avtobusun sürücüləri də eyni çətinliyi yaradır. Coşqun işdən qayıdarkən hər gün sürücü pandus açılmadığını deyir və Coşqun ancaq insanların köməyi ilə avtobusa daxil ola bilir.

Ola bilər ki, pandus işlək vəziyyətdə deyil, ancaq bir BNA əməkdaşının öhtəliyi bunu məsul şəxslərə bildirərək, o çətinliyi aradan qaldırmaqdır. Ancaq heç bir sürücü bu problemi məsul şəxslərə çatdırmır. Və ictimai nəqliyyatda hər gün insanlar (fiziki məhdudiyyətlilər, uşaqlı analar və s.) bu çətinliklərlə qarşılaşır.

Bu məsələni işıqlandırmaqda məqsədimiz cəmiyyətimizdəki yüzlərlə fiziki məhdudiyyətli insanların gündəlik həyatda qarşılaşdığı bu çətinlikləri aşkara çıxartmaq, göstərmək və bu cür halların qarşısının alınması üçün birlikdə mübarizə aparmaqdır. Bunun üçün də Sizin köməyinizə və dəstəyinizə ehtiyacımız var.

Elə məhz belə vecsiz, məsuliyyətsiz və səriştəsiz kəslərin mənfi davranışları, sözləri və kobud rəftarları ucbatından cəmiyyətdən uzaqlaşan, özünə qapanan və həyatı puç olan nə qədər fiziki məhdudiyyətli insan var.

Xahiş edirik ki, bu hadisə və həmin şəxslə ilə bağlı ciddi tədbir görülsün, sürücülərlə maarifləndirmə işləri aparılsın. Və bu haqda bizə məlumat bildirilsin". 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man