ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla xəsarət alan var

Yol qəzaları 26 Sentyabr 2021 | 10:21
OXUNUB: 2784

ABŞ-ın Montana ştatının Liberti dairəsində sərnişin qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər həlak olub.

Bu barədə CBS telekanalı dairənin şefinə və qatarın aid oduğu “Amtrak” dəmiryol şirkətinə istinadən məlumat yatıb. Hüquq-mühafizə orqanlarının nümayəndəsi də qəza zamanı 3 nəfərin həlak olması barədə informasiyanı təsdiqləyib.

Qeyd edilir ki, “Empire Builder” qatarı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 02:00-da) relsdən çıxıb. Hadisə zamanı qatarda 147 sərnişin və briqadanın 13 üzvü olub.

“The New York Times” qəzeti isə qəza zamanı azı 50 nəfərin xəsarət aldığını xəbər verib.

Qatar Sietldən (Vaşinqton ştatı-red) Çikaqo (İllinoys ştatı) istiqamətində hərəkət edirmiş.

Hələlik hadisənin başvermə səbəbi barədə məlumat yoxdur. Qəza ilə əlaqədar ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik Milli Şurası tərəfindən araşdırma aparılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man