Yol polisindən başını divara vurub şou yaradan sürücü barəsində AÇIQLAMA - VİDEO

İctimai nəqliyyat 25 Sentyabr 2021 | 15:06
OXUNUB: 3735

Yol polisi Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında insident barədə açıqlama verib.  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli Avtosfer.az-a bildirib ki, hadisə zamanı “Opel Astra” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini Yasamal rayonu, Bakıxanov körpüsünün yaxınlığında 3-cü cərgədə saxlaması digər maşınların hərəkətinə maneə yaradıb:

“Sürücüyə ərazidə olan yol polisləri bir neçə dəfə xəbərdarlıq ediblər. Amma sürücü buna məhəl qoymayıb. Daha sonra polislər sürücü barəsində inzibati protokol tərtib ediblər. Bu zaman sürücü yol polisləri ilə mübahisə edib və onları təhqir etməyə başlayıb. Daha sonra sürücü özünə xəsarət yetirmək üçün yaxınlıqda yerləşən orta məktəbin divarına baş nahiyəsini vurmağa çalışaraq, guya polis əməkdaşlarının onu döydüyü barədə həqiqətə uyğun olmayan görüntü yaratmağa çalışıb. Amma yol polislərinin çevikliyi sayəsində videodan da göründüyü kimi sürücünün özünə xəsarət yetirməsinə imkan verilməyib.

Daha sonra sürücü ərazi üzrə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aparılıb. Onun barəsində araşdırmalar aparılır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man