Bibiheybətdə Ceyms Bondun məşhur filmi necə çəkilib? - VİDEO

Maraqlı 24 Sentyabr 2021 | 20:00
OXUNUB: 701

Hollivudun  casus ehtiraslarından bəhs edən məşhur filmlərindən olan Ceyms Bond haqqında filmlərdən birində Bakının kadrları da var.  

Azpost.info bildirir ki, 1999-cu ildə Ceyms Bond haqqında filmin bir bölümü  Azərbaycanda, məhz Bibiheybət buxtasında çəkilib.

“Bir dünya azdır” (“The world is not enough”) adlı 19-cu bölümdə həmin dövrdə çox aktual olan Bakı-Ceyhan kəmərinin çəkilməsi, Xəzər neftinin Qərbə çatdırılması mövzusuna toxunulurdu.

Filmdə baş rolları Pirs Brosnan, Sofi Marso, Cudi Denç, Deniz Riçards, Robert Karlayl oynayıblar.

Bakıda olan Pirs Brosnan və Sofi Marso  o zaman “Azərbaycan” kinoteatrında mətbuat konfransı da keçirmişdilər. İllər sonra agent Ceyms Bond rolu ilə tanınan məşhur aktyor 2014-cü ildə “Noyabr adamı” filminin premyerasına görə Moskvada olarkən mətbuat konfransında Bakı haqqında xatirələrini bölüşmüşdü: “Yadımdadır ki, orada hər yerdə neft buruqları gördük, bu, mənim üçün qeyri-adi mənzərə idi. Bizi orada çox mehriban qarşıladılar. Azərbaycandan çoxlu balıq kürüsü ilə qayıtdım. O yadımdadır ki, maşın çox sürətlə gedirdi, ətrafımda neft buruqları var idi. Bunlar hamısı bizim film üçün lazımlı görüntülər idi. Mən Azərbaycanda yaxşı insanların əhatəsində dadlı yemək süfrələrini xatırlayıram”.

Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə Bibiheybətdə Bakı Ali Neft Məktəbinin kampusunun açılışı zamanı çıxışında bu filmi xatırladıb.

Dövlət başçısı Bibiheybət qəsəbəsi ərazisinin son illərdə tamam dəyişdiyini deyərək buranın yaxın keçmişdə heç də yaxşı vəziyyətdə olmadığını xatırladıb. İlham Əliyev deyib ki, bu acınacaqlı vəziyyət  Hollivudun məşhur Ceyms Bond barədə çəkdiyi filmdə də əks olunur:“Mən 10 il bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki, onilliklər ərzində çirklənmiş Bibiheybət ərazisini, buruqların ətrafını təmizləsinlər, neft gölməçələrini qurutsunlar, bu zonada böyük yaşıllıq zolaqları salınsın və onlar bu işlərə başladılar. Bu yerlərin foto və videogörüntüləri əlbəttə ki, vaxtilə müxtəlif dərgilərdə, jurnallarda, qəzetlərdə dərc edilmişdi. Hətta məşhur Ceyms Bondun filmlərindən biri də burada çəkilmişdir. Əgər o filmə baxsanız görərsiniz ki, buradakı mənzərə nə gündə idi. Bura ekoloji fəlakət zonası idi. Ancaq bu gün bura şəhərimizin ən abad yerlərindən biridir”.

Azpost.info

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man