7 iyul Zəngəzur Günü elan edilsin - Təklif

01 Oktyabr 2021 | 16:05
OXUNUB: 710
"Cənab Prezident İlham Əliyev 7 iyul 2021-ci il tarixli Fərmanı ilə respublikada iqtisadi rayonların yeni bölgüsünü təsdiq edib. Fərmanla bütün Qarabağ bölgəsi bir rayonda birləşdirildi. İşğaldan azad olunan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunun tərkib hissəsi oldu. Bu tarixi bir hadisə idi. Təklif edirəm ki, bu səbəbdən 7 iyul Zəngəzur Günü elan edilsin”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, 7 iyul 1923-cü ildə Azərbaycan xalqının rəyi soruşulmadan ərazimizdə süni "Dağlıq Qarabağ Muxtar Vilayəti" yaradıldı:

"Cənab Prezidentin Fərmanı ilə isə 7 iyul 2021-ci ildə tarixi ədalət bərpa edildi, tarixi Zəngəzur adı həyata qaytarıldı. Hər il Zəngəzur Gününün qeyd edilməsi tariximizi bir daha vərəqləməyə, xalqımızın kökünə və dəyərlərinə bağlığını daha da gücləndirməyə imkan verəcək,  gənc nəslin vətənpərvərlik hissinin tərbiyəsində böyük rol oynayacaq.

Eyni zamanda Şərqi Zəgəzur iqtisadi rayonlarına daxil olan seçki dairələrinin adlarına "Şərqi Zəngəzur" ifadəsinin əlavə edilməsini təklif edirəm. Gələcəkdə həmin ərazidə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edə biləcək "Zəngəzur" futbol klubunun yaradılması da böyük iş olardı".
 
Turan Rzayev
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man