Bakıda avtoxuliqanlıq edən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99 PX 275 dövlət nömrə nişanlı, BMW markalı avtomobilin sürücüsü Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində əyləcdən istifadə edərək yerində təkərləri asfaltda hərəkət etdirərək yüksək səs çıxarıb. Bunu nümayişkaranə şəkildə edib və ətrafdakılara diskomfort yaradıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə uyğun olaraq mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man