Bakıda taksi sürücüsü ofisiantı qətlə yetirib, onun qardaşını isə bıçaqlayıb. Belə ki, hadisə Qaradağ rayonunda baş verib. Lökbatan qəsəbəsi, 28 May küçəsində qeydə alınmış hadisə zamanı taksi sürücüsü 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlunu və onun qardaşı, 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlunu bıçaqlayıb. Qardaşlar ara küçədən əsas yola çıxaraq ətrafdakılardan kömək istəməyə çalışıb. Lakin K.Cəfərov qanaxmadan yolda dünyasını dəyişib. S.Cəfərov isə hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hər iki qardaş Lökbatanda iaşə obyektində ofisiant işləyib.
Qaradağ rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1997-ci il təvəllüdlü Sərxan Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, sonuncunun qardaşı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mənbə: APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man