"Dərnəgül yolu"nda yeni yerüstü piyada keçidiinşa edilib - FOTO

Yeniliklər 22 Sentyabr 2021 | 13:12
OXUNUB: 608

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə Bakının Ziya Bünyadov prospektində, 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında yeni yerüstü piyada keçidi inşa edilib. Avtosfer.az bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.

Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90,1 metr, qalereyanın uzunluğu 57,1 metr, daxili eni 3,5 metr, keçidaltı qabariti isə 5,8 metrdir.

İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man