Yol polisi məktəblilərlə görüşdü:təbliğat işləri apardı - FOTO - VİDEO

İctimai nəqliyyat 22 Sentyabr 2021 | 11:15
OXUNUB: 1674

"Diqqət uşaqlar" devizi altında sentyabr ayının 20-dən oktyabr ayının 20-ə qədər təhlükəsizlik aylığına artıq start verilib. Yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisinin inspektorları ümumi istifadədə olan yollara daha yaxın olan təhsil müəssisələrində profilaktiki tədbirlərin keçirilməsinə start verib. Xüsusilə azyaşlı uşaqların yol-nəqliyyat hadisələrində həyat və sağlamlıqlarının qorunması istiqamətində müəllim və valideyn kollektivi ilə birgə yol hərəkəti qaydalarına aid informasiyalar verilib. Belə ki, Avtosfer.az saytı ilə birgə əvvəlcədən hazırlanmış məlumat xarakterli plakatlar da məktəblərin giriş və çıxışlarında vurulub. Bu gün Bakı şəhərindəki məktəblərdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə inspektorları, polis baş leytenantı Pərvanə Muradova və polis leytenantı Rüstəm Əhmədli məktəblilər ilə görüşüb, xüsusilə 1-ci sinfə gedən şagirdlərlə təbliğat xarakterli söhbətlər aparılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat-təşviqat şöbəsinin inspektoru, polis leytenantı Rüstəm Əhmədli sürücü valideynlərə müraciət edib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man