Bakıda bir gecədə iki yol qəzası olub, xəsarət alanlar var

Yol qəzaları 22 Sentyabr 2021 | 10:27
OXUNUB: 402

Bu gecə paytaxt Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Bayramlı Mətin Osman oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ sirkə kasasının sınığı diaqnozu qoyulub.

Digər hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1989-cu il təvəllüdlü Zeynalova Aygün Akif qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man