Meksikanın Verakruz ştatının Xalapa şəhərində ölümlə nəticələnən zəncirvari qəza baş verib.
Bu barədə Fövqəladə Hallar İdarəsinin regional şöbəsinin “Twitter” səhifəsində məlumat yerləşdirilib.
Qəzaya səbəb sərnişin avtobusu olub. Avtobusun 5 avtomobilə çırpılması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Qəzada 2 avtomobil tamamilə yararsız hala düşüb. Avtomobillərdən biri yanıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti barədə heç bir məlumat verilməyib.
İlkin məlumatlara görə, hadisəyə səbəb avtobusun əyləc sistemində baş verən nasazlıq olub.///Apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man