Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımına yeni komandir təyin edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə polis kapitanı Sakin Vəliyev gətirilib.
Qeyd edək ki, bundan əvvəl S. Vəliyev BDYP YPXA-nın Qərargahında inspektor vəzifəsində çalışıb.
Xatlrladaq ki, BDYP YPXA-nın 5-ci tağımın komandiri polis mayoru, Yusif Hüseynov bir müddət əvvəl Nizami rayon DYPŞ-nın rəisi təyin edilmişdi.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man