BTQ dəmir yolunun tam gücü ilə işləməsi üçün tədbirlər görülür - FOTO

Yeniliklər 21 Sentyabr 2021 | 17:26
OXUNUB: 438

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin tam gücü ilə işləməsi üçün birgə tədbirlər görülür.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən  verilən məlumata görə, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətovun Gürcüstana və Türkiyəyə səfəri zamanı müzakirələr aparılıb.

Səfər BTQ dəmiryol xətti layihəsi çərçivəsində Gürcüstan və Türkiyə ərazisində tamamlanmaqda olan tikinti-quraşdırma işlərinin gedişatı ilə yerində tanışlıq məqsədi daşıyıb.

Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili və Türkiyə Dövlət Dəmir Yollarının rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə yükdaşımaların təşkili, Axalkalaki və Qarsda terminalların tikintisinin gedişatı, mövcud çətinliklərin həlli yolları, həmçinin ölkələrin tranzit potensialından daha səmərəli istifadə olunması və daşınan yüklərin həcminin artırılması məsələləri müzakirə edilib.

Ölkələrimizin iqtisadiyyatında, eləcə də nəqliyyat dəhlizlərinin inkişafında sözügedən layihənin xüsusi əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, 2007-ci il fevralın 7-də Tbilisidə  Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Asiyadan Avropaya birbaşa, təhlükəsiz və effektiv yük daşınmasını təmin edən dəmir yolu xətti 2017-ci il 30 oktyabr tarixində istismara verilib. İstismara verildiyi gündən 2021-ci ilin ortalarınadək bu dəmir yolu xətti ilə daşınılan yük dövriyyəsinin həcmi 1 mln. tonu keçib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man