Yol polisi sürücülərə XƏBƏRDARLIQetdi

İctimai nəqliyyat 21 Sentyabr 2021 | 11:15
OXUNUB: 746

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol nəqliyyat hadisələri zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edir.

Maddi ziyanla nəticələnən yol nəqliyyat hadisələrinin təhlili göstərir ki bir çox hallarda sürücünün hadisə yerindən yayınması və ya ilkin olaraq tərəflərin öz aralarında gəldikləri razılığın bir tərəfli qaydada pozulması daha sonra inzibati, mülki bəzi hallarda isə cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Belə haqlı narazılıq hallarının qarşısının alınması məqsədilə bildirilir.

Sürücülər hadisənin baş verdiyi ərazidə süni sıxlıq və tıxacların yaranmaması üçün hadisə nəticəsində xəsarət görmüş avtomobillərin, həmçinin diger maneələrin foto ve ya video qeydlerini aparmalı ve aidiyyatı üzrə polisə məlumat verməli, digər avtomobillərin hərəkətinə çətinlik yaratmamaq üçün nəqliyyat vasitələrini yolun təhlükəsiz hissəsinə - kənarına qəza durma qaydalarına əməl etməklə aparmalıdırlar. Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və ya ölüm halı baş veribsə bu barədə mütləq qaydada məlumat polisə düzgün verilməli, xəsarət alan şəxsə isə ilkin təcili tibbi yardımın göstərilməsini, eləcə də xestexanaya çatdırılmasını təmin etmək hər bir sürücüdən tələb olunur. Əks təqdirdə bu gələcəkdə hadisəni törədən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Baş vermiş hadisələrin gizlədilməsi isə ən yaxşı halda inizbati məsuliyyət yaradır.

Bir daha sürücülərdən və hərəkətin digər iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına diqqtlə əməl olunsun! Qanunlara ve qaydalara düzgün münasibət hər birimizi bədbəxt hadisələrdən və qanun qarşısında məsuliyyətdən qoruyur!

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man