Masallıda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Yol qəzaları 21 Sentyabr 2021 | 10:09
OXUNUB: 454

Masallıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Çaxırlı kəndində qeydə alınıb.

"VAZ- 2106" markalı avtomobillə "QAZel" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri - Çaxırlı kənd sakini, 1978-ci il təvəllüdlü Azər Sahib oğlu Mehdiyev və Qəfər Fariz oğlu Əhmədli xəsarət alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisəyə yük avtomobilinin sərt dönüş etməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man