Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “MVD Media” saytı məlumat yayıb. İlkin məlumata görə, Novoşaxtinskdə “Volvo” markalı yük maşınının sürücüsü idarəetməni itirərək “Mercedes” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Yük maşınının sürücüsünün sərxoş olduğu bildirilir.
“Qəza nəticəsində mikroavtobusun iki sərnişini aldıqları xəsarətdən hadisə yerində ölüb. Mikroavtobusda olan daha üç nəfər də xəsarət alıb”, - məlumatda belə deyilir.
Bütün yaralılar xəstəxanaya yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man