"Sentyabr ayının 6-da Rüstəm Muradovun
yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib.
İddiaya görə, Bakı bu təyinatdan razı deyilmiş . Əgər bu iddialar doğrudursa və
rəsmi Bakı həqiqətən də Kosobokovun dəyişdirilməsini istəyibsə, demək, o bu
qısa müddət ərzində ciddi qanun pozuntularına yol verib”.
Bu
sözləri Sfera.az açıqlamasında, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan
Şahinoğlu Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-leytenant
Gennadi Anaşkinin yeni komandan təyin olunmasına münasibət bildirərkən deyib.
O,
bildirib ki, general-leytenant Gennadi Anaşkin sayca üçüncü komandandır ki, Azərbaycana
gəlir:
"Əvvəla
onu deyim ki, Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi təyin edilən
general-mayor Mixail Kosobokovun Azərbaycanın istəyi ilə dəyişdirilməsi ilə
bağlı səslənən iddiaların nə qədər doğru olduğunu demək çətindir. Hər halda bu
məlumatı rəsmilər daha dəqiq bilər. Lakin bu da bir həqiqətdir ki,
general-mayor Mixail Kosobokovun Rusiya sülhməramlılarına komandan təyin edilməsindən
iki həftə keçməmiş Kremlin onu general-leytenant Gennadi Anaşkin ilə dəyişməsi
olduqca şübhəlidir”.
Politoloqun
sözlərinə görə, Rusiyanın sülhməramlı kontingentinə təyin etdiyi hər üç
komandan- Rüstəm Muradov, Mixail Kosobokov və Gennadi Anaşkini birləşdirən
ortaq cəhətlər var:
"Məsələ
ondadır ki, hər üç komandan uzun illər separatçı bölgələrdə - Osetiya,
Abxaziya, Donbas və s. yerlərdə xidmət edib. Digər tərəfdən, hər üç komandanın
adları Krımın ilhaq edilməsində hallanır.
Rəsmi
Moskva qeyd etdiyim bu nüansları hər üç komandan üçün təcrübə saysa da, rəsmi
Bakı üçün bu narahatedici amillərdir. Bununla belə, indiki vəziyyətdə bizi
Qarabağa təyin edilən sülhməramlı komandanın harada xidmət etməsi deyil, ədalətli
və vicdanlı xidmət etməsi maraqlandırır. Rəsmi Bakının tələbi açıq və aydındır.
Bizim üçün vacib olan həmin komandanın Rusiya sülhməramlıların müvəqqəti səlahiyyətinə
verilən ərazilərdə öz vəzifəsini layiqincə yerinə yetirməsi, separatçıların
qeyri-qanuni fəaliyyətinə icazə verməməsi, qanunsuz postlar qurmaması və s. məsələlərdir.
Hər
halda Qarabağ nə Abxaziyadır, nə Osetiya, nə Donbas, nə də Krım. Kreml Bakı ilə
münasibətlərin pozulmasını istəmirsə, onu narahat edən məsələlərə həssas
yanaşmalıdır”.
Turan
Rzayev