Bakıda qaydaları kobud şəkildə pozaraq təhlükə yaradan və sonra mübahisə edib özünü haqlı sayan sürücü cərimələndi. Avtosfer.az xəbər verir ki, yol polisi sürücü Salmanova Səfa Bəxtiyar qızına İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə protokol tərtib edib.
Xatırladaq ki, Heydər Əliyev prospektində sağ yoldan əsas yola çıxan 90 VD 724 dövlət nömrə nişanlı, "Mitsubishi" markalı avtomobilin sürücüsü digər avtomobilə yol vermir. Ona təhlükə yaradır. Daha sonra isə sanki acığa düşmüş kimi yol vermədiyi avtomobilin yanı ilə sürərək onunla mübahisə edir. Özünü haqlı çıxarmağa çalışır. Digər sürücü isə ona fikir verməyərək yoluna davam edir. Amma bir neçə dəfə maşını onun yanına sürən "Mitsubishi" sürücüsü yenidən təhlükə yaradır.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man