Bakıda yolda təmizlik işinin aparılması daha bir qəzaya səbəb olub - FOTO - VİDEO
Yol qəzaları18 Sentyabr 2021 | 10:32
OXUNUB: 2828
Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi baş verib. APA xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb. “AzSamand” markalı nəqliyyat vasitəsinin sürücüsü təmizlik işini aparan texnikanı görüb sağa doğru qəfil manevr edib. Bu zaman o “Mercedes” markalı avtomobilə dəyib. “Mercedes” idarəetmədən çıxaraq yolayrıcı dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb