Azərbaycanda sığorta şirkətləri bu avtomobilləri qəbul etmir: ŞOK SİYAHI - AÇIQLAMA

Nəqliyyat xəbərləri 18 Sentyabr 2021 | 00:36
OXUNUB: 17703

Azərbaycanda sığorta şirkətləri bəzi avtomobilləri sığorta etməkdən çəkinirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İddialara görə, şirkətlər əsasən, “Toyota Prius”, "Opel Astra”, “Xazar” və digər avtomobilləri sığorta etməkdə maraqlı deyillər. Buna səbəb kimi həmin avtomobillərin taksi fəaliyyətinə daha çox cəlb olunmaları və qəza törətmələri göstərilir.

İddialar ilə bağlı Lent.az-a açıqlama verə İcbari Sığortalar Bürosunun idarə heyətinin sədri Rəşad Əhmədov bildirib ki, şirkətlərin belə bir haqqı yoxdur və qanun pozuntusudur: “Sığorta şirkətlərinin müraciət edən müştərinin sığorta təminatlarını verməmək kimi haqları yoxdur, onların belə bir yanaşması ola bilməz. Əgər vətəndaş sığorta ilə bağlı şirkətə müraciət edirsə və şirkət sığorta etdirməkdən boyun qaçırırsa, bu birbaşa qanun pozuntusudur. Bununla bağlı həmin vətəndaş Azərbaycanda sığorta şirkətlərinə nəzarət edən Mərkəzi Banka şikayət etməlidir.

İcbari Sığortalar Bürosu hüquqi şəxslərin ittifaqıdır. Zərərçəkən üçüncü şəxslərin və sığorta müştərilərinin də maraqlarını qoruyan bir qurumdur. Belə bir fakt olarsa, bizə də müraciət edə bilərlər. Məmnuniyyətlə kömək edəcəyik”.

Avtosfer.az siyahını təqdim edir:

Azərbaycanda əksər sığorta şirkətləri bu model avtomobilləri sığortalamağı dayandırıb:

- Azsamand/ Bütün modellər
- Khazar/Bütün modellər
- Daewo/BS090 avtobus, Gentra,
- Damas Yük
- Qoşqu və yarımqoşqular/bütün növ
- Fiat/Albea
- Hyundai/Country avtobus
- İsuzu/Ecobus, SAZ NP 37 avtobus
- Kia/Forte
- London Taksi/Bütün modellər
- MG/bütün modellər
- Ravon/Bütün modellər
- Renault/Megane, Tondar
- Saipa/Bütün modellər
- ZAZ
- GELLY
- Baic
- Dong Feng
- Tofaş
- Changan
- Renault
- Toyota Prius
- Chevrolet Cruze 2016-dək
- Toyoto Prius 2016-dək
- Ford Fusion 2016-dək
- Kia Rio 2016-dək
- BMW 3-cü seriya 2001-dək
- Mercedes Benz C Class 2001-dək
- Mercedes Benz 190
- Opel Astra
- Opel Vectra
- Saipa
- Daewoo Nexia və Gentra
- İran Khodro
- London Taksi
- Lada (Vesta, Granta, Largus, Xray istisna olmaqla)

Şirkətlər bunu o modellərin taksi olaraq daha çox işlədilməsi və daha çox zərər görməsi ilə izah edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man