Gecə Bakını bir-birinə qatan "avtoş"lar cəzalandırıldı; həbs, işdən qovulma və... - VİDEO

Nəqliyyat TV 17 Sentyabr 2021 | 20:20
OXUNUB: 3291

Sentyabrın 15-dən 16-na keçən gecə, saat 03.30 radələrində Bakıda avtoxuliqanlıq edən 3 sürücü saxlanılıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib. “Ravon”, «BMW» və “VAZ-2107” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını və əhalininin dincliyini davamlı olaraq pozmaqla avtoxuliqanlıq ediblər. Ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının Müşaiyət-Eskort Bölüyünün 4-cü tağımının əməkdaşları hər üç sürücünü saxlayıb və onlar aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə təhvil verilib. Avtomaşınlar isə duracağa yerləşdirilib.
Faktla bağlı toplanmış materiallar əsasında məhkəmə hər 3 sürücü barəsində qərar çıxarıb. Belə ki, 10 MM 998 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobil sürücüsü Zeynallı Yusif Bahadur oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətində inzibati qaydada həbs olunub. 
90 RP 937 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobilin sürücüsü Umudov Tural Elçin oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə, Vətən müharibəsi qazisi olduğu nəzərə alınmaqla 500 manat cərimə edilib. 
"Ravon Nexia" markalı avtomobilin sürücüsü Osmanlı Elmar Elxan oğlu isə işlədiyi dövlət qurumundan qovulub.


Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man