Yol qəzalarının artmasının əsas səbəbləri bunlardır - EKSPERTDƏN SƏRT REAKSİYA

Yol qəzaları 17 Sentyabr 2021 | 20:27
OXUNUB: 1398

“Azərbaycanda yol təhlükəsizliyi ilə bağlı ciddi işlər görülməlidir. İlk növbədə, cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən dövlət proqramı doğru-düzgün icra olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, orada adı keçən bütün qurumlar öz vəzifələrini həmin proqram üzrə doğru-düzgün icra etməlidirlər: “Həmin proqramda yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının azaldılması, sürücülər arasında təbliğat işinin gücləndirilməsi, yol hərəkəti təhlükəsizliyinə aid olan bütün məsələlər öz əksini tapıb. Orada birbaşa qeyd olunub ki, yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi başlıca məqsəd kimi qarşıya qoyulmalıdır. Lakin çox təəssüf ki, proqramın icrasından artıq 3 ilə yaxındır ki, vaxt keçib. Ortada ciddi bir iş yoxdur. Təbliğat işləri də bəzən axsayır və zəif gedir. Düşünürəm ki, həmin proqramda olan qurumlar kütləvi informasiya vasitələri ilə, sosial şəbəkələr üzərindən təbliğat işini gücləndirməlidir”.

Elməddin Muradlı həmçinin qeyd edib ki, təhsil müəssisələrində yol hərəkəti qaydaları ilə bağlı tədris prosesi həyata keçirilməlidir: “Yollarda təbliğat xarakterli bilbortlar, plakatlar asılmalıdır. Radio və televiziyalarda təbliğat xarakterli verilişlərin sayı çoxalmalıdır. Bu baxımdan düşünürəm ki, birinci növbədə təbliğata önəm vermək lazımdır. Yol-nəqliyyat hadisələrinin əksər səbəbləri sürücülərin diqqətsizliyidir, yol hərəkəti qaydalarını pozamalarıdır. Əsasən, sürət həddini aşmaq, ötmə, manevr qaydalarını pozmaq, qarşı yola çıxmaq svetoforun tələbini pozmaq, eləcə də piyadaların yol hərəkəti qaydalarını pozması kimi hallar ağır qəzalara səbəb olur. Bu vəziyyət hamını narahat etməlidir. Əlimizdən gələn sadəcə təbliğat işidir. Bizə dövlət qurumları tərəfindən heç bir dəstək yoxdur. Yol təsərrüfatı ilə bağlı vəziyyət heç də yaxşı deyil. Yol nişanları arasında çatışmazlıqlar var. Nişanlanma xətləri zəifdir. Yolların işıqlandırılması bu günə qədər tam olaraq reallaşmayıb. Bu kimi problemlər aradan qalxmalıdır. Çünki bu cür problemlər yol təsərrüfatında ciddi fəsadlara səbəb olur”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man