Hacıqabulda istehsal ediləcək avtomobillərin mümkün qiymətləri açıqlanıb - FOTO

Nəqliyyat xəbərləri 17 Sentyabr 2021 | 19:46
OXUNUB: 915

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17 min manatdan başlayacaq.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib.

O, digər avtonəqliyyat vasitələrinin də mümkün qiymətini açıqlayıb: "Pikaplar 50-70 min arasında, avtobuslar isə 70-120 min arasında qiymətə satılacaq".

Assosasiya rəhbəri əsas hədəf bazarının Türkiyə olduğunu qeyd edib: "General Motors"un razılığı ilə avtomobilləri Türkiyə bazarında satmağı hədəfləyirik".

E.Axundov avtomobillərin ehtiyat hissələrinin də Azərbaycanda istehsalı ilə bağlı razılıq əldə edildiyini qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man