"Azərbaycan
insanı elə düşünür ki, rus dilində təhsil almağa üstünlük vermək onların
karyera yüksəlişinə gətirib çıxaracaq”.
Bu
sözləri Sfera.az-a açıqlamasında Təhsil Nazirliyinin 2021-2022-ci tədris ilində
Azərbaycanda ümumi sayın 10,4 faizi olmaqla 161.246 min şagirdin rus dilində təhsil
alacağının gözlənildiyi bildirməsinə münasibət bildirərkən, təhsil eksperti
Kamran Əsədov deyib:
"Digər
tərəfdən, mövcud vəziyyətə Azərbaycan dilində tədrisin keyfiyyətinin aşağı
olması da öz təsirini göstərib. Azərbaycanda rus bölməsinin abituriyentləri Azərbaycan
dilli vətəndaşla müqayisədə ali məktəblərə daha yaxşı qəbul oluna bilir. Bu
amil də valideynləri övladlarını rus dilli məktəblərə qoymağa meylləndirir.
Başqa bir tərəfdən, təəssüf ki, Azərbaycan bölməsində rüşvət, bayramlarda pul
yığılması kimi neqativ hallarla rastlaşırıq. Rus bölməsində isə bunlar yoxdur”.
Həmsöhbətimiz
qeyd edir ki, rus bölməsində oxuyan uşaqlar gələcəkdə özləri üçün ən yaxşı
halda ancaq Rusiya bazarlarında, restoranlarda iş tapacaqlar:
"Bəzi insanlar səhv
olaraq düşünür ki, rus bölməsində oxumaqla övladları daha istedadlı olacaq. Bəziləri
də bu qənaətdədir ki, rus dilini bilməklə Lermontovu, Dostoyevskini originalda
oxuyacaqlar. Amma yaxşı baxsalar görəcəklər ki, son illər rusdilli ölkələrdən
Nobel mükafatı alanlar yoxdur. Bəzən də valideynlər zənn edir ki, rus dilində
oxuyan uşaqlar daha rahat şəkildə iş tapacaqlar. Ancaq onlar Rusiya bazarlarında,
restoranlarda ofisiant olaraq iş tapacaq. İndiki zamanda dünyaya çıxış üçün
ingilis dilini bilmək rus dilini bilməkdən qat-qat vacibdir. Bu il rus bölməsi
üzrə birinci sinifə 16 min uşaq qəbul olunubsa da, 5 ildən sonra onların 50
faizi Azərbaycan bölməsinə keçəcək. Nəticədə həmin uşaqlar tədrisdən geri
qalacaqlar. Çünki bu ailələrdə valideynlər rus dilində bilmədiklərindən
övladlarına dərsləri mənimsəməkdə yardım əlini uzada bilmirlər”.
Elçin