Skuterdə gəzən it və pişik “Ginnesin Rekordlar Kitabı”na düşdü  - FOTO - VİDEO

Maraqlı 17 Sentyabr 2021 | 09:30
OXUNUB: 972

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib. Bu Saşiminin bir dəfə növbəni pozaraq  skuterə tullanmasına qədər davam edib. Tryuk da belə yaranıb.

Millett Saşiminin hər gün yeni fəndlər tətbiq etdiyini və itlərə müdaxilə etməyi sevdiyini, Lollipopun isə maneələrdən qorxmayan unikum olduğunu vurğulayıb.

“Ginnesin Rekordlar Kitabı”nın yeni versiyasında digər rekordlardan bəzilərini təqdim edirik.

- Dünyanın ən qısa boylu əkizləri 122 və 134 sm boyunda olan almaniyalı Elizabet və Katarina Lindinger bacıları

- Dünyanın ən uzun boylu yeniyetməsi - 15 yaşlı kanadalı Oliver Riu (boyu 226.9 sm)

- Müsabiqədə yarışan ən hündür bodibilder - hollandiyalı Oliver Rixters (boyu 218.3 sm)

- Müsabiqədə yarışan dünyanın ən hündür qadın bodibilderi – hollandiyalı Maria Vattel (boyu 182.7 sm)

- Müsabiqədə yarışan dünyanın ən qısa boylu bodibilderi - hindistanlı Pratik Mohite (boyu 102 sm)

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man