Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var - FOTO

Yol qəzaları 16 Sentyabr 2021 | 18:15
OXUNUB: 935

Lənkəranda avtomobil aşıb, bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Report-un verdiyi xəbərə görə hadisə Nərimanabad qəsəbəsi ərazisində baş verib.

Belə ki, Lənkəran istiqamətində hərəkətdə olan "VAZ 21099" markalı 42-CA-210 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq çökəkliyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə sərnişin olan Liman şəhər sakini 1984-cü il təvəllüdlü Fariz Mövsün oğlu Sadıqov təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, ölən şəxs Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayevdir. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man