Almanlar avtobanda bərk sürürlərmi? – Hamını təəccübləndirən STATİSTİKA 

Maraqlı 16 Sentyabr 2021 | 13:16
OXUNUB: 2565

Çoxlarına elə gəlir ki, Almaniyada sürət limiti yoxdur, ürəyin istəyən sürətlə gedə bilərsən. Doğrudur, ölkədə limitsiz yollar var ki, burada neçə ilə istəsən sürə bilərsən. Amma avtoban deyilən bu şosselərin uzunluğu təxminən 400 km-dir.

Avfosfer.az-ən məlumatına görə, son statistika isə göstərir ki, almanlar yüksək sürətə çox da meylli deyillər. Almaniya İqtisadiyyat İnstitutunun (IW Institut der deutschen Wirtschaft) 4 aylıq tədqiqatı bunu sübut edir. Almanların 77%-i limitsiz yollarda 130 km/saatdan aşağı sürətlə hərəkət edir.

Digər məlumatlar ölkə əhalisini də təəccübləndirib: sürücülərin cəmi 12%-i avtobanda 130-140 km/saat sürətlə hərəkət edir. 160 km/saat və daha yuxarı sürətlə gedənlərin payı isə heç 1% də deyil. 4 aylıq tədqiqat zamanı avtomobillərin cəmi 4%-i 160 km/saatdan yuxarı hərəkət edib.

Almaniyada ilk dəfə sürət məhdudiyyəti 1933-cü ildə Hitlerin vaxtında tətbiq edilib (60 km/saat). O vaxt yanacaq qıtlığı ilə üzləşən Reyx belə bir addım atmışdı. İndi də sadə almanları yüksək sürətdən çəkindirən məhz yanacaq sərfiyyatıdır. Bir qayda olaraq yüksək sürətlə hərəkət zamanı sərfiyyat artır (niyə məhz belə olması ayrı söhbətin mövzusudur). 

Növbəti yazı: Bəs hər min nəfərə 600-700 avtomobil düşən (Bakıdakından təxminən 5 dəfə çox!) alman şəhərlərində nə üçün kilometrlərlə tıxac bizdən daha azdır? Yaxud, Avropanın ən böyük iqtisadiyyatında nə üçün yollar ifrat dərəcədə yüklənmir?

 

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man