Laçın dəhlizində sərhəd buraxılış məntəqəsi yaradılacaq - Deputat

23 Sentyabr 2021 | 15:57
OXUNUB: 1916
Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri Rusiya hərbçilərinin Şuşaya yollanan UAZ markalı maşınlarında axtarış-nəzarət tədbiri həyata keçiriblər.
 
Bunun rus sülhməaramlıları tərəfindən birmənalı qarşılanmadığı bildirilir.

Maraqlıdır, XTQ tərəfindən həyata keçirilən bu axtarış-əməliyyat sistemi nəyə hesablanıb?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Elman Məmmədov yoxlanış prosesinin Laçın dəhlizində də həyata keçiriləcəyini deyib:
 
"Müəyyən vəzifə ilə bağlı hansısa dövlət yaxud təşkilat ona göstərilən etimad və etibardan suistifadə edəndə ona qarşı şübhə yaranır.Bundan sonra həmin subyektə qarşı nəzarət mexanizmi tətbiq edilir. Rusiya sülhməramlıları da ərazimizə daxil olan gündən indiyədək erməniməramlılıq ediblər. Bu səbəbdən onların fəaliyyəti Azərbaycan tərəfindən nəzarətə götürülməlidir. İstənilən dövlət öz sərhədləri daxilində baş verən hadisələrə, kimin nə gətirib-aparmasına nəzarət etməlidir. Biz də bunu tətbiq edirik. Gorus-Qafan yolundan sonra Laçın dəhlizinin Azərbaycan-Ermənistan sərhədində də edəcəyik".
 
Deputat Laçın dəhlizində Azərbaycan sərhəd buraxılış məntəqəsinin yaradılmalı olduğunu bildirib:

"İstənilən dövlət sərhədinin hər bir qarışına özü nəzarət etməlidir. Sülhməramlıların vəzifəsi Laçın dəhlizində gediş-gəlişə nəzarət etməkdir, Azərbaycan sərhədini qorumaq deyil. Bu baxımdan  Laçın dəhlizi deyilən yerdə Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılmalıdır və oradan keçən hər kəsə nəzarət etməliyik. Sülhməramlılar özlərinə aid olmayan işlərlə məşğul olduqda maşınları da, özləri də yoxlanılacaq. Bu sülhməramlıların xoşuna gəlsə də, gəlməsə də belə olacaq".
 
Əzizə Zeynal
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man