Yeni metro stansiyası necə adlandırılacaq?

Yeniliklər 16 Sentyabr 2021 | 10:37
OXUNUB: 917

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində yeni yerüstü metro stansiyası inşa edilməkdədir. Yeni stansiyanın 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, obyekt şərti olaraq "Xocasən" stansiyası adlandırılır. Metro stansiyası rəsmi olaraq necə aldandırılacaq?

Bu barəd "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Avtosfer.az-a bildirib ki, bununla bağlı hələlik yenilik yoxdur: "Metro stansiyalarına adların verilməsi, adlandırılması birbaşa Nazirlər Kabinetinin səlahiyyətindədir. Bununla bağlı Adqoyma Komissiyasının iclasında müzakirə aparılır və qərar qəbul edilir. Lazım gələrsə, adla bağlı Bakı metropoliteninə müraciət edilir və stansiyaya ad verilir. Biz hələlik bu stansiyanı şərti olaraq "Xocasən" stansiyası adlandırmışıq. Bu da yerləşdiyi əraziyə görə belə adlandırılıb".

Xatırladaq ki, Xocasən qəsəbəsi ərazisində Bakı metropoliteninin Bənövşəyi xətti üzrə hərəkət edən qatarlara xidmət edəcək elektrik deposu inşa edilir. Elektrik deposu ilə yanaşı, ərazidə yerüstü metro stansiyası da tikilməkdədir. Stansiya və elektrik deposunun tikinti işləri gələn ilin sonlarında yekunlaşdırılaraq istifadəyə veriləcək. Yerüstü metro stansiyasında Bənövşəyi xəttin digər stansiyalarında olduğu kimi 7 qatarlıq platforma, lft f və elavatorlar quraşdırılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man